İnsanlara hürriyət, millətlərə istiqlal!

"X" Abbas Əraqçinin “mavi nişan”ını ləğv etdi  

ABŞ mərkəzli sosial media platforması "X" İranın bəzi rəsmi şəxslərinə məxsus hesabların mavi doğrulama nişanlarını ləğv edib.

Musavat.com xəbər verir ku, bu addım "Texnologiya Şəffaflığı Layihəsi" tərəfindən yayımlanan hesabatdan sonra atılıb. Həmin hesabatda platformanın sanksiyalar siyahısında olan bəzi iranlı şəxslərə ödənişli “X Premium” xidməti təqdim etdiyi iddia olunurdu.

Məlumata görə, hesabatda qeyd edilib ki, ABŞ sanksiyalarına məruz qalan bəzi rəsmilər ödənişli xidmət vasitəsilə hesablarını təsdiqləyib və əlavə funksiyalardan yararlanıblar. Bu isə sanksiya rejiminin pozulması ilə bağlı suallar doğurub.

Platforma məsələ ilə bağlı geniş açıqlama verməsə də, mavi nişanların ləğvi qərarının məhz həmin hesabatdan sonra həyata keçirilməsi diqqət çəkir.

Qeyd edək ki, son illər sosial şəbəkələrdə təsdiq nişanı pullu xidmətə çevrildikdən sonra onun hüquqi və siyasi nəticələri ilə bağlı müzakirələr artıb. İran rəsmilərinə tətbiq edilən bu qərarın gələcəkdə digər sanksiya siyahısında olan şəxslərə də şamil edilə biləcəyi istisna edilmir.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR