İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artistinin döyülən oğlunun vəziyyəti açıqlandı

30.01.2026-cı il tarixində 1981-ci il təvəllüdlü şəxs (kişi) müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə “Qafqazinfo”ya Kliniki Tibbi Mərkəzdən bildirilib.

Qeyd olunub ki, pasiyentə qasıq sümüyünün və orbit sümüyünün sınığı diaqnozları təyin edilib, zəruri tibbi xidmətlər göstərilib. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir, Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir.

Xatırladaq ki, Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın 1981-ci il təvəllüdlü oğulları Artur Balıyev Bakıda bir qrup şəxsin hücumuna məruz qalıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR