İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarq adasındakı neft infrastrukturunu 5 dəqiqəyə məhv edə bilərik - Trampdan yeni xəbərdarlıq

ABŞ-ın İranın Xarq adasındakı neft boru kəmərlərinə zərbə endirməsi üçün beş dəqiqəyə ehtiyacı var və Tehran buna qarşı  heç nə edə bilməyəcək.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Financial Times qəzetinə verdiyi müsahibədə deyib: "Biz Xarq adasına zərbə endirdik, boru kəmərlərindən başqa hər şeyi vurduq. Biz kəmərləri beş dəqiqəyə vura bilərik, onlar isə bununla bağlı heç nə edə bilməyəcəklər".

Şənbə günü Tramp Hörmüz boğazında naviqasiya azadlığı pozularsa, İranın Xarq adasındakı neft infrastrukturuna zərbə endirəcəyi ilə hədələyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR