İnsanlara hürriyət, millətlərə istiqlal!

Xoşqədəmlə Doğuş məhkəmədə qalib gəldi

 
Musavat.com-un əməkdaşı aparıcı Xoşqədəm Hidayətqızı ilə əlaqə saxlayıb.
 
Teleaparıcı saytımıza açıqlamasında bildirib ki, məsələ ilə bağlı danışmağa onun və həyat yoldaşı Doğuşun icazəsi yoxdur:

“Bizim danışmağımıza icazə yoxdur. Ona görə nəsə deyə bilmərəm. Bütün detalları vəkilimiz ictimaiyyətə çatdırıb”.
 
***
 
Müğənni Doğuş və həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızı məhkəmədə "Show TV"yə qalib gəlib.

Musavat.com bildirir ki, bu haqda Doğuşun vəkili Feyza Altun məlumat verib.

Vəkil bildirib ki, Türkiyənin "Show TV" telekanalında yayımlanan Didem Arslan Yılmazın aparıcısı olduğu proqramda müğənni Doğuşun şəxsi həyatına qarşı böhtan və təhqiramiz hücumların yer alması səbəbilə açılan mənəvi təzminat iddiası məhkəmə tərəfindən təmin edilib. Məhkəmə qərarı əsasında ayrılan mənəvi təzminat məbləği isə Doğuş tərəfindən "Xərçəngsiz Həyat Dərnəyi"nə bağışlanacaq.
 
Qeyd edək ki, Didem Arslan Yılmaz verilişində Doğuş ilə Xoşqədəm Hidayətqızının boşandığını desə də, o, daha sonra Xoşqədəm Hidayətqızından üzr istəmiş və cütlüyün boşanma xəbərlərinin yalan olduğunu açıqlamışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR