Onlayn ictimai-siyasi qəzet
Regionda gərginliyi pik həddə çatdıracaq növbəti hərbi zərbə barədə rəsmi açıqlama yayılıb.
Musavat.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayaraq, "Amazon" şirkətinə məxsus Bəhreyndəki böyük data-mərkəz binasının tamamilə məhv edildiyini elan edib.
SEPAH-ın rəsmi açıqlamasında bu mərkəzin sıradan çıxarılmasının səbəbi kimi, onun "ABŞ ordusunun uşaqların öldürülməsinə yönəlmiş məlumat bazasının yenilənməsində əsas rol oynaması" göstərilib.
Məlumatda vurğulanır ki, "Nəsr-2" əməliyyatının 27-ci dalğası zamanı iranlı hərbçilər Amerika şirkətinə məxsus məlumatların işlənməsi mərkəzinə qarşı əvvəlki əməliyyatı uğurla tamamlayaraq, kompleksin yerdə qalan sonuncu binasını da hücumla yerlə-yeksan ediblər.
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ