Onlayn ictimai-siyasi qəzet
İran mediası ABŞ-nin Kərəc şəhərində yerləşən B1 körpüsünə endirdiyi hava zərbəsinə aid yeni görüntülər yayımlayıb.
Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Tehranın qərbində yerləşən B1 körpüsü bu ilin aprel ayında hava hücumuna məruz qalıb. B1 körpüsü Kərəc çayı üzərində inşa edilən və hündürlüyü təxminən 136 metr olan iri nəqliyyat layihələrindən biri hesab olunur.
Xatırladaq ki, may ayında körpünün yenidən qurulması işlərinə start verilib. İran rəsmiləri bərpa prosesinin mərhələli şəkildə həyata keçirildiyini və layihənin bir ildən az müddətdə tamamlanmasının planlaşdırıldığını bildiriblər.
@@TVmusavat/148050@@
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ