İnsanlara hürriyət, millətlərə istiqlal!

Yer kürəsində yeni təhlükə – insan bədəni artıq özünü soyuda bilmir

Qlobal istiləşmə nəticəsində havadakı rütubət səviyyəsinin artması insan orqanizmi üçün ciddi təhlükə yaradır.

Musavat.com xəbər verir ki, klimatoloqların bildirdiyinə görə, rütubət 95–99 faiz həddinə çatdıqda insan bədəninin əsas müdafiə mexanizmlərindən biri olan tərin buxarlanması demək olar ki, dayanır. Bu isə bədənin təbii şəkildə soyumasını çətinləşdirir.

Məlumata əsasən, belə şəraitdə insan hətta kölgədə olarkən belə həddindən artıq qızma riski ilə üzləşə bilər. Bu vəziyyət halsızlıq, başgicəllənmə, istilik vurması və digər sağlamlıq problemlərinə səbəb ola bilər.

Alimlər hesab edirlər ki, yaxın illərdə kondisionerlər bir çox bölgələrdə sadəcə rahatlıq vasitəsi deyil, həyati zərurətə çevriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR