İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yeraltı”nın ulduzu Ərdoğan və xanımı ilə görüşdü – Foto

Türkiyənin tanınmış aktyorlarından Burak Çelik növbəti dəfə diqqət mərkəzinə düşüb. Hazırda tamaşaçıların maraqla izlədiyi “Yeraltı” serialında rol alan aktyor bu dəfə sənət fəaliyyəti ilə deyil, iştirak etdiyi nüfuzlu tədbirdən yayılan görüntülərlə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Burak Çelik Antalyada keçirilən Sıfır Tullantı Forumunda iştirak edib. Tədbir çərçivəsində aktyor Türkiyə Prezidenti Recep Tayyip Erdoğan və onun həyat yoldaşı Emine Erdoğan ilə bir araya gəlib.

Forum zamanı çəkilən fotoları sosial media hesabında paylaşan Burak Çelik tədbirdə iştirak etməkdən məmnunluq duyduğunu bildirib. Aktyorun prezident və birinci xanımla səmimi görüntüləri izləyicilərin diqqətini çəkib və qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb.

Qeyd edək ki, "Sıfır tullantı" layihəsi Türkiyədə ətraf mühitin qorunması və tullantıların azaldılması istiqamətində həyata keçirilən ən mühüm təşəbbüslərdən biri hesab olunur. Layihə beynəlxalq səviyyədə də maraqla qarşılanır və müxtəlif ölkələr tərəfindən nümunə kimi göstərilir.

Xatırladaq ki, Burak Çelik son illər iştirak etdiyi serial və layihələrlə böyük izləyici auditoriyası qazanıb. Aktyor hazırda yayımlanan “Yeraltı” serialındakı performansı ilə də tamaşaçıların rəğbətini qazanmaqdadır.

Könül
Musavat.com

WhatsApp Image 2026-06-09 at 17.48.40 (4).jpeg (83 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR