Onlayn ictimai-siyasi qəzet
“Hudutsuz Sevda”, “Kasaba Doktoru”, “Menajerimi Ara”, “Aşk Ağlatır” və “Hayat Bazen Tatlıdır” kimi layihələrdə rol alan aktyor Deniz Can Aktaş şəxsi həyatı ilə gündəmə gəlib.
Musaat.com xəbər verir ki, bir müddətdir “Yeraltı” serialındakı tərəf müqabili Devrim Özkanla eşq yaşadığı iddia edilən aktyor münasibəti ilə bağlı ilk dəfə danışıb.
Məlumata görə, çəkiliş meydançasında başlayan dostluqları zamanla sevgiyə çevrilən cütlük münasibətlərini uzun müddət mediadan uzaq tutmağa çalışıb. Deniz Can Aktaş və Devrim Özkanın yay tətilini də birlikdə keçirdiyi, xaricdə istirahət zamanı pərəstişkarların kameralarına tuş gəldiyi bildirilib.
Şəxsi həyatı barədə uzun müddət susan Aktaş bu dəfə münasibətini açıq şəkildə etiraf edib.
Aktyor qatıldığı proqramda həyatında biri olduğunu bildirərək, “Həyatımda məni xoşbəxt edən bir eşq var”, - deyə açıqlama verib. Aktaşın sözlərindən sonra onun Devrim Özkanla münasibətdə olduğu təsdiqlənib.
Aktaş həmçinin sevginin həyatına təsirindən danışıb:
“Çox enerjili oluram, gözlərim parlayır, həyata baxışım dəyişir. İşimi daha böyük həvəslə görürəm”.
Maraqlı məqam isə Aktaşın bu sözləri səsləndirdiyi vaxt Devrim Özkanın canlı yayımlanan proqrama “like” etməsi olub.
Aktyor evliliklə bağlı suala da münasibət bildirib. O, “Doğru insanla evliliyi düşünərəm”, - deyə qeyd edib.
Könül
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ