Onlayn ictimai-siyasi qəzet
İyulun 3-də Bakının Nərimanov rayonunda yıxlaraq dünyasını dəyişən 79 yaşlı şəxs tanınmış alim imiş.
Musavat.com “unikal.az”a istinadla xəbər verir ki, 1947-ci il təvəllüdlü Əmralı Şirəliyev Azərbaycan Dillər Universitetinin (ADU) sabiq kafedra müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent olub.
O, 1970-ci illərdən etibarən təxminən 50 ildən çox bir müddətdə Azərbaycan Dillər Universitetində çalışıb.
Qeyd edək ki, əslən Şamaxının Çarhan kəndindən olan Əmralı Şirəliyev evində ehtiyatsızlıqdan yıxılaraq vəfat edib.
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ