İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Rusiyanı DAĞIDIR: zavodlar VURULUR, şəhər OD İÇİNDƏ – Putinə AĞIR DƏRS - TV Musavat

Ötən gecə Rusiyanın Krasnodar diyarı və Rostov vilayəti yenidən hücuma məruz qalıb.

Musavat.com xəbər verir ki, hər iki bölgədə neft emalı zavodları hədəf olub. İlk olaraq OSINT kanalları Novoşaxtinskdəki neft emalı zavoduna hücum olunduğuna dair məlumat yayıb.

Daha sonra Krasnodar diyarındakı Afipsk neft emalı zavoduna hücum və yanğın barədə məlumat verilib.

Rusiya mətbuatı Afipisk NEZ-ə hücum və orada yanğın başladığına dari rəsmi qurumların məlumatını yayıb.

Qeyd edək ki, avqust başlayanda Rusiya hökuməti Ukrayna zərbələrindən sonra işini dayandıran bir sıra neft emalı zavodlarının fəaliyyətlərinin bərpa olunduğuna dair məlumat açıqlayıb. Ondan sonra Ukrayna bu zavodlara hücumları bərpa edib. Avqustun əvvəlindən bəri neft emalı zavodlarına 30-a yaxın zərbə qeydə alınıb.

Ukrayna Rusiya Prezidenti Vladimir Putini danışıqlar masası arxasına əyləşdirmək üçün uzaqmənzilli silahların tətbiqi baxımından daha rəqabət qabiliyyətli olmalıdır.

Axar.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bunu Kiyevdə keçirilən "Könüllülər Koalisiyası" sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

O, Ukrayna və Rusiyanın uzaqmənzilli dron hücumları həyata keçirmək imkanları ilə bağlı mövcud vəziyyəti müqayisə edib:

"Müharibəni Rusiyaya qaytarmaq, onlar üçün ağrılı etmək, cəmiyyətlərinin müharibəni hiss etməsi və Putinə təzyiq göstərməsi... Bax, bu, Putini danışıqlara sövq etmək üçün vasitələrdən biridir. O zaman bizə də eyni dərəcədə rəqabətli sayda dron lazımdır. Pul yox, çünki bu gün onların ikiqat pulu var”, — deyə Zelenski vurğulayıb.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız təhlükəsizlik eksperti İlham İsmayıldır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/results?search_query=tv+musavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR