İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada Rusiya aktivləri ilə bağlı yeni həmlə: 200 milyard avrodan çox vəsait Kiyevə ötürülə bilər

Avropa İttifaqının İsveç, Niderland, İspaniya və Polşa da daxil olmaqla bir sıra üzv ölkələri Brüsseli Rusiya Mərkəzi Bankının dondurulmuş 200 milyard avrodan çox aktivinin Ukraynanın finanslaşdırılması üçün istifadəsi üzrə işləri bərpa etməyə çağırır.

Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" (FT) nəşri məlumat yayıb.

Məlumata görə, bu təşəbbüs Ukraynaya maliyyə dəstəyinin təmin olunmasında yarana biləcək kəsirlərlə bağlı artan narahatlıqlar fonunda yenidən müzakirəyə çıxarılıb. Rusiya aktivlərindən istifadəyə dair əvvəlki planlar ötən qış Rusiyanın suveren ehtiyatlarının böyük hissəsinin saxlanıldığı Belçikanın müqaviməti nəticəsində dayandırılmışdı.

Nəşrin mənbələri bildirir ki, həmin dörd ölkədən ibarət qrup Avropa Komissiyasına rəsmi məktub hazırlayaraq məsələyə qayıtmağı və Belçikanın etirazlarını dəf etməyə imkan verən alternativ hüquqi və texniki mexanizmlərin araşdırılmasını təklif edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR