Onlayn ictimai-siyasi qəzet
Çinin texnologiya startapı "CoolFly Urban" adlı fərdi uçan platformasını təqdim edib.
Musavat.com xəbər verir ki, qurğunun əsas üstünlüyü odur ki, havada hərəkət etmək üçün heç bir pilot lisenziyası tələb olunmur, idarəetməni isə cəmi 10 dəqiqəyə mənimsəmək mümkündür.
Uçan giroskuter bədənin meyl bucağına uyğun olaraq dartı qüvvəsini avtomatik tənzimləyən süni intellekt balanslaşdırma sistemi ilə təchiz edilib.
Qurğu saatda 70 kilometrədək sürət yığmaq, 90 kiloqramadək yük götürmək və havada 11 dəqiqəyədək qalmaq qabiliyyətinə malikdir.
Tərtibatçılar bu innovativ nəqliyyat vasitəsinin tezliklə şəhər tıxaclarından yorulmuş sakinlər üçün sürətli və əlçatan alternativə çevriləcəyini proqnozlaşdırırlar.
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ