Onlayn ictimai-siyasi qəzet
Fransanın Kan şəhərində qatar stansiyası yaxınlığında avtomobilin bir qrup insanı vurması nəticəsində 2 nəfər ölüb, ən azı 10 nəfər ağır yaralanıb.
Musavat.com xəbər verir ki, hadisə çərşənbə günü təxminən saat 22:15 radələrində baş verib.
Kalvados prefekti Devid Klavye bildirib ki, sürücü avtomobili qəsdən tramvay gözləyən piyadaların üzərinə sürüb.
Polis 26 yaşlı Rusiya doğumlu şübhəli şəxsi saxlayıb. Hadisədən sonra qaçan sürücü Kandan təxminən 20 kilometr aralıda yerləşən Uistream şəhərində ələ keçirilib.
İstintaq hələlik hadisədə terror motivinin olmadığını bildirir. İlkin məlumatlara görə, nəqliyyat vasitəsinin piyadaların üzərinə sürülməsinə mübahisə səbəb olub.
@@TVmusavat/153878@@
Musavat.com
28 Avqust 2026
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ