Onlayn ictimai-siyasi qəzet
Egey dənizində, Mikonos adasından şimalda "Blue Star Ferries" şirkətinə məxsus Yunanıstan bayraqlı "Blue Carrier-2" yük bərəsində yanğın olub.
Musavat.com xəbər verir ki, Samos adası istiqamətində hərəkət edən bərənin yük bölməsində başlayan yanğının dəqiq səbəbi hələlik bilinmir.
İlkin ehtimala görə, alovlanmaya yük maşınlarından birində meydana gələn yanğın səbəb olub.
Gəmidə olan 28 heyət üzvü və 29 sərnişin xilasedici qayıqlarla Tinos adasına təxliyə edilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Avtomobillər və digər yüklər isə bərədə qalıb.
Alovun söndürülməsi üçün Yunanıstan Fövqəladə Hallar Xidmətinin 4 gəmisi və 1 helikopteri əraziyə cəlb olunub.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ