Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-la aparılan danışıqlarla bağlı açıqlama verib.
Musavat.com xəbər verir ki, Zelenski bildirib ki, Vaşinqtonun danışıqlarda konkret tələblər irəli sürdüyünü demək doğru olmaz. Onun sözlərinə görə, müzakirələr zamanı əsas diqqət bir sıra həssas mövzulara yönəlib.
“Ərazilərlə bağlı kifayət qədər dialoqlar oldu. Açıq deyim, hazırda mövqelərimiz fərqlidir”, – deyə Ukrayna prezidenti qeyd edib.
Zelenskinin bu açıqlaması tərəflər arasında danışıqların mürəkkəb mərhələdə davam etdiyini və xüsusilə ərazi məsələsinin hələ də əsas fikir ayrılığı mövzusu olaraq qaldığını göstərir.
Musavat.com
13 Avqust 2026
12 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ