İnsanlara hürriyət, millətlərə istiqlal!

Robert De Niro Azərbaycana gəlir

Azərbaycanlı iş adamı Emin Ağalarov Xəzər sahilində yerləşən "Sea Breeze" layihəsində "Nobu Hotel"in açılışda məşhur Hollivud aktyoru Robert De Nironun iştirak edəcəyini açıqlayıb.

Bu barədə Emin Ağalarov məlumat verib. 

İş adamı səfərin "Sea Breeze"də həyata keçiriləcək yeni layihənin "Nobu" brendi ilə əməkdaşlıq çərçivəsində reallaşdırılacağını bildirib.

Xatırladaq ki, "Nobu" dünya üzrə fəaliyyət göstərən məşhur restoran və hotel brendidir. Brendin yaradıcıları arasında yaponiyalı məşhur aşpaz Nobu Matsuhisa, aktyor Robert De Niro və biznesmen Meir Teper yer alır.

"Nobu" restoranları və hotelləri müxtəlif ölkələrdə fəaliyyət göstərir və premium seqmentə aid edilir.//Modern.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2026

12 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR