İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski ilə Paşinyan arasında diqqətçəkən “xristian” mesajı – Kiyevdən İrəvana təşəkkür

Ukrayna Prezidenti Volodimir Zelenski Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, Zelenski bu barədə açıqlamasında Ukrayna-Ermənistan münasibətlərinin daha konstruktiv xarakter aldığını bildirib və tərəflər arasında daimi dialoqun olmasını vacib məqam kimi qiymətləndirib.

Telefon danışığı zamanı Zelenskinin Ermənistana səfərinin nəticələri və iki ölkə arasında əməkdaşlığın prioritet istiqamətləri müzakirə edilib.

Danışığın diqqətçəkən məqamlarından biri isə Kiyev-Peçersk Lavrası ilə bağlı olub. Zelenski Lavranın əsasının qoyulmasının 975-ci ildönümü münasibətilə Paşinyanın təbrikinə görə ona təşəkkür edib.

Ukrayna Prezidenti bu ildönümünü təkcə Ukrayna üçün deyil, bütün regionun xristianları üçün mühüm tarix kimi xarakterizə edib.

Zelenski və Paşinyan bundan sonra da daimi əlaqə saxlamaq və dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR