İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Niderland kralı ilə görüşdü

Ukrayna prezidenti Volodimir Zelenski Niderland kralı Villem-Aleksandr ilə audiyensiya keçirib.

Musavat.com xəbər verir ki, görüş zamanı Ukrayna lideri kral Villem-Aleksandra səmimi dialoqa və Ukraynaya göstərilən davamlı dəstəyə görə təşəkkür edib. 

Zelenski görüşdə Niderlandın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi siyasi və humanitar dəstəyi yüksək qiymətləndirib. Tərəflər həmçinin Avropada təhlükəsizlik, müharibənin yaratdığı humanitar çağırışlar və ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR