İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Ukraynanın Aİ kreditini geri ödəməsi üçün şərtləri AÇIQLADI

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, 90 milyard avroluq kreditin geri qaytarılması yalnız Rusiyanın təzminat ödəməsi şərtilə mümkündür.

Musavat.com xəbər verir ki, o, bu barədə Portuqaliyanın baş naziri Luis Monteneqro ilə birgə mətbuat konfransında bildirib.

“Biz 2026-2027-ci illər üçün 90 milyard avro aldıq. Bilirsiniz ki, biz Rusiya aktivlərinin 210 milyard avrosunun hamısından istifadə etməyi planlaşdırırıq. Və başa düşürük ki, Ukrayna bu 90 milyard faizsiz kreditləri yalnız Rusiya Ukraynaya müvafiq təzminat ödədiyi təqdirdə geri qaytaracaq”, - deyə Zelenski bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR