İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın eks-prezidentinin kürəkəni saxlanılıb

Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvilinin (2013-2018) kürəkəni Soso Kipşidzə saxlanılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Eks-prezidentin qızı 29 yaşlı Ana Marqvelaşvilinin həyat yoldaşı zorakılıq və öldürməklə hədə-qorxu gəlməkdə ittiham olunur.

Bildirilir ki, martın 8-də Tbilisidə S.Kipşidze və ata-oğul arasında parkinq yeri üstündə mübahisə baş verib. Fiziki qarşıdurma zamanı o, soyuq silahla hər iki şəxsə xəsarət yetirib, əl qumbarası ilə hədə-qorxu gəlib. S.Kipşidze hadisə yerindən qaçıb, növbəti gün saxlanılıb.

A.Marqvelaşvilinin həyat yoldaşı ilə birgə olduğu və insidentin şahidi olduğu qeyd edilib.

Baş prokurorluq S.Kipşidze ilə bağlı həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət edib. Onu iki ilədək həbs cəzası gözləyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Mart 2022

BÜTÜN XƏBƏRLƏR