İnsanlara hürriyət, millətlərə istiqlal!

Komissar: "Avropa İttifaqı Rusiyadan yanacaq idxalını kəsmək niyyətindədir"

"Avropa İttifaqı Rusiyadan yanacaq idxalına son qoymaq üzərində çalışır".

“Report” xəbər verir ki, bunu Aİ-nin daxili bazar üzrə komissarı Tyerri Breton “France İnfo”ya bildirib.

Qeyd edək ki, martın 8-də Avropa Komissiyası bu ildə Rusiyadan qaz idxalını 70 faizədək azaldacaq “REPowerEU” planı hazırlamağı təklif edib. Bu plan LNG idxalının artırılması və alternativ mənbələr hesabına qaz idxalının şaxələndirilməsi, biometan və bərpa olunan hidrogenium istehsalının və idxalının artırılması, enerjidən daha səmərəli istifadə, bərpa olunan enerji mənbələrinin payının artırılması kimi tədbirləri ehtiva edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Mart 2022

BÜTÜN XƏBƏRLƏR