İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar Xarkovda 330 nəfərin oldğu internat məktəbi atəşə tutub

Rusiya hərbçiləri Xarkov vilayətindəki Oskol psixo-nevroloji internat məktəbini atəşə tutub. Atəş zamanı orada 330 nəfər olub. AzVision.az xəbər verir ki, bu barədə Xarkov Regional Dövlət Administrasiyasının sədri Oleq Sinequbov məlumat verib.

“Biz 73 nəfəri qonşu internat məktəbinə təxliyə edə bildik, düşmən atəş açanda internatda 330 nəfər var idi! Onlardan 50-si hərəkət edə bilmirdi, 10-u əlil arabasında idi”,- Oleq Sinequbov bildirb.

Onun sözlərinə görə, hazırda yaralananların və ölənlərin sayı dəqiqləşdirilir. Oleq Sinequbov qeyd edib ki, düşmən bütün hücum hərəkətləri uğursuz olduğu üçün mülki infrastrukturu gülləbaran edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Mart 2022

BÜTÜN XƏBƏRLƏR