Onlayn ictimai-siyasi qəzet
İsrail hökumətinin ilin-günün bu vaxtında və qəfildən saxta “erməni soyqırımı” iddiasını tanıması absurd, eyni zamanda, qəribə situasiya yaradıb. Bir az da “açıq sımada şimşək effekti” doğurub.
Tanınma qərarının humanitar-mənəvi prinsiplərdən qaynaqlanmadığı, sırf siyasi motivli olduğu artıq bəllidir. Məqsəd Ərdoğan hökumətini pis vəziyyətdə qoymaq, onu “zəif yerindən” vurmaqdır...
Ancaq bu zaman unudulub ki, uydurma məsələ çoxdan yalnızca Türkiyə siyasi coğrafiyası ilə bitməyən və İsrailin strateji tərəfdaşı Azərbaycanı da ciddi şəkildə incidən bir mövzudur. Həmçinin, Bakı-İrəvan, Ankara-İrəvan sülh danışıqlarına təsir edən məsələdir.

Yəni, naqolay vəziyyətə düşən həm də Ermənistanın Baş naziri Nikol Paşinyandır – Türkiyə ilə əlaqələri düzəltməyə çalışan Paşinyan. Hansı ki, yetərincə təqdiredici mövqe tutaraq, İsrail hökumətinə tanınma qərarına görə nəinki təşəkkür eləməyib, əksinə, qərarı bəyənmədiyinə açıq işarə vurub, ona reaksiya verməyəcəyini deyib.
O səbəbə Nikol gözlənildiyi kimi, ölkə daxilində dərhal radikal-revanşistlərin qəzəbinə və hədəfinə gəlib. Neçə gündür Paşinyan “Türkün casusu”, “milli xəyanətkar”, digər sərt ifadələrlə tənqid olunur...
Amma vəziyyətin başqa bir qəribəliyi və paradoksallığı Netanyahu hökumətini özünün də naqolay duruma düşməsidir. Çünki İrəvan onun tanınma qərarına neqativ reaksiya bildirib. Azərbaycanın rəsmi mövqeyi də XİN-in məlum bəyanatında kifayət qədər kəskin formada əksini tapıb. Bakı Təl-Əvivi öz qərarına təzədən baxmağa çağırıb.
Sitat: “1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir. Bu kimi addımlar barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışıq səylərinə mane olur. İsrail hökumətini qəbul etdiyi bu qərarı yenidən nəzərdən keçirməyə çağırırıq”...
Bu yerdə bir daha altını cızmaq zərurəti var: Ermənistan, dünya erməniliyi bizə qarşı ərazi iddiasını uzun illər həm də “əzabkeş xalq”, “vəhşi Türk” mifləri üzərində qurub. İndi də Paşinyan hakimiyyəti xaric, bu narrativi davam etdirməyə çalışırlar. İsrail hökumətinin uydurma iddianı tanıması isə onların çörəyinin üzərinə “yağ” sürtəcək.
Ən vacibi, yəhudi xalqı da bilir ki, belə bir soyqırımı tarixdə olmayıb. Bu, olsa-olsa, bəzi güc mərkəzlərinin Türkiyəni təzyiq altında saxlamaq məqsədi ilə ortaya atdıqları mövzudur. Təsadüfi deyil ki, əsassız iddianı tanıyan 23 ölkənin, demək olar, hamısı xristian dövlətləridir...
Odur ki, indi əsas sual budur: Netanyahu hökuməti, “Bibi” və ölkə parlamenti Ankara bir yana, Bakı və İrəvanın etirazlarını ciddiyə alacaqmı? Almazsa, onda tarixdə Güney Qafqazda böyük sülhə Rusiya kimi zərbə vuran tərəf kimi qalacaq. İsraillə münasibətlərimizdə uzun müddət özünü göstərəcək çat da öz yerində.
Şübhəsiz, hökumətlər gəldi gedərdi, görəsən, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlər vermiş yəhudi xalqına bu lazımmı? Düşünmürük. Elə isə ictimai etirazlar da öz sözünü deməlidir...
17 Iyul 2026
15 Iyul 2026
11 Iyul 2026
10 Iyul 2026
06 Iyul 2026
04 Iyul 2026
01 Iyul 2026
30 Iyun 2026
24 Iyun 2026
19 Iyun 2026
10 Iyun 2026
08 Iyun 2026
06 Iyun 2026
02 Iyun 2026
30 May 2026
26 May 2026
23 May 2026
20 May 2026
18 May 2026
16 May 2026
15 May 2026
13 May 2026
09 May 2026
06 May 2026
05 May 2026
03 May 2026
01 May 2026
27 Aprel 2026
25 Aprel 2026
21 Aprel 2026
ŞƏRHLƏRŞƏRH YAZ