Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Azərbaycanın xarici işlər naziri ilk dəfə Kiyevdə oldu, bəzi digər bölgələrə baş çəkdi. Bu, Kremlin xoşuna gəlsə də, gəlməsə də, şübhəsiz, rəsmi Bakının Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdiyi prinsipial dəstəyin, beynəlxalq hüquqa sayğının daha bir təzahürü və təsdiqi idi.
O Kreml ki, hələ də postsovet ölkələrin müstəqilliyinə yuxarıdan-aşağı baxır. Bununla da yetərlənmir, həm də Ukrayna timsalında “cızığından çıxanlara” qarşı işğalçı siyasəti yürüdür. Hədələyir, Ermənistan timsalında isə iqtisadi sanksiyalar tətbiq edir. “Yaxın xaric” dövlətlərini nəyə görəsə daim özünə borclu bilir və onların həmişə onun orbitində qalmalı olduğunun mesajını verir, əks halda yenə təhdidə keçir...

Ceyhun Bayramovun Ukrayna səfərində bu xüsusda iki detal ən çox diqqət çəkir. Söhbət əvvəla, onun Ukrayna XİN-də tanış edildiyi arxiv sənədlərindən gedir. Bəllidir ki, həmin sənədlər Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynadakı diplomatik nümayəndəliyinin (Komissarlığının) fəaliyyətini, həmçinin, 1918–1920-ci illərdə Azərbaycanla Ukrayna arasındakı diplomatik münasibətləri əks etdirir. Bayramova təqdim olunan materiallar sırasında o dövrə aid tarixi sənədlər, rəsmi yazışmalar, eləcə də Azərbaycan və Qafqaz regionu ilə bağlı hazırlanmış hesabatlar yer alıb.
Həm bu sənədlər, həm də onların ictimailəşdirilməsi, əslində, Rusiyadakı siyasi qırğılara və şovinist dairələrə növbəti əyani və aydın mesajdır ki, iki xalqın dövlətçiliyi heç də SSRİ dövründən başlamır, ondan qabaqlara təsadüf edir və əsla “göydən düşmə”-zad deyil. Kremlin “hədiyyəsi” isə heç deyil...
Gözlənildiyi kimi, XİN başçımızın səfəri Rusiya siyasi dairələrində qıcıq doğurub. Halbuki ondan cəmi bir həftə qabaq Ceyhun Bayramov Moskvada da olmuş, buna Ukraynadan hər hansı etiraz səslənməmişdi. Amma Rusiya Dövlət Dumasının deputatı Aleksandr Tolmaçov görün nə sayıqlayır. Sən demə, Azərbaycan Bayramovun Ukrayna Silahlı Qüvvələrinin abidəsinə gül qoyması onu bərk dilxor edibmiş.
Sitat: “Bu, Azərbaycanın yüksək vəzifəli diplomatı üçün olduqca qəribə bir hərəkətdir. Ukrayna Silahlı Qüvvələri nasizmin müasir təcəssümüdür (?! – Z.S.). Onlar üçün gül qoymaq cinayətkarların xatirəsinə sitayiş etməyə bərabərdir. Əgər xarici işlər naziri həlak olmuş sovet əsgərlərinin – Böyük Vətən Müharibəsində iştirak etmiş Qırmızı ordu əsgərlərinin, o sırada azərbaycanlıların, rusların və ukraynalıların abidələrinə gül qoysaydı, bu, düzgün addım olardı”.
Və Tolmaçov bu olaydan çıxış edərək, Ceyhun Bayramovun hərəkətini diplomatın öz əcdadlarının və nasistlərə qarşı vuruşan bütün Azərbaycan xalqının xatirəsinə həqarət adlandırıb. Onun sözlərinə görə, “nazirin hərəkətləri yalnız bir şeyə - neonasizmə dəstək verməyə bənzəyir”.
Gərək cənab Bayramov səfərdən öncə Tolmaçovla məsləhətləşəydi...
Ciddiliyə gəlincə, bir bu qalmışdı ki, Azərbaycanın və digər postsovet dövlətlərinin yüksək çinli rəsmiləri hansı ölkəyə, nə vaxt səfərlər eləməyi, kimlərlə görüşməyi və hara əklil qoymağı da Moskvadan soruşsunlar, Kremldən icazə alsınlar. Qısası, öz xarici siyasət kursunu Moskva ilə razılaşdırsınlar. Azərbaycan isə “banan ölkəsi” deyil.
Odur ki, məsləhətdir ki, arada güzgüyə baxasınız, qospoda! Hər şey qırağa dursun, görəsən 5 ildir işğalçı Rusiyaya qarşı fədakarcasına öz ərazi bütövlüyü, müstəqilliyi uğrunda vuruşan, dirəşən və qurbanlar verən bir mübariz xalqı necə “nasist” adlandırmaq olar? Tolmaçov nə yeyir, nə içir?..
25 Avqust 2026
21 Avqust 2026
17 Avqust 2026
14 Avqust 2026
12 Avqust 2026
07 Avqust 2026
05 Avqust 2026
31 Iyul 2026
29 Iyul 2026
25 Iyul 2026
21 Iyul 2026
17 Iyul 2026
15 Iyul 2026
11 Iyul 2026
10 Iyul 2026
06 Iyul 2026
04 Iyul 2026
01 Iyul 2026
30 Iyun 2026
24 Iyun 2026
19 Iyun 2026
10 Iyun 2026
08 Iyun 2026
06 Iyun 2026
02 Iyun 2026
30 May 2026
26 May 2026
23 May 2026
20 May 2026
18 May 2026
ŞƏRHLƏRŞƏRH YAZ