Onlayn ictimai-siyasi qəzet
Ermənistan saytlarında bu gün maraqlı bir məlumat gedib. Orada deyilir ki, rusiyalı oliqarx, hazırda ev dustaqlığında olan Samvel Karapetyanın sədri olduğu “Güclü Ermənistan” partiyasının nümayəndələri qədim yurd yerlərimizdən olan Zəngibasar mahalının (indiki Ararat vilayəti, Masis bələdiyyəsinin) Nizami və Sis kəndlərində olublar. Sakinlərlə seçki vədlərindən danışıblar.
Diqqəti ən çox çəkən də məhz Nizami adıdır.
Arayış üçün: vaxtilə azərbaycanlıların yaşadığı və ötən əsrin 80-ci illərində zorla tərk edilən kəndə bu ad 1978-ci ildə verilib. Həmin tarixdə Ermənistan SSR Ali Sovetinin qərarı ilə kəndin əvvəlki Yuxarı Necili adı Nizami olaraq dəyişdirilib. Eyni tarixdə yaxınlıqdakı Aşağı Necili kəndinə isə Sayat-Nova adı verilib. Yəni, Qarabağda dağıdıcı separatçı hərəkat başlamazdan təxminən 10 il öncə...
Nizami adının seçilməsi ilə bağlı müxtəlif izahlar var. Rəsmi olaraq kənd böyük şairimiz Nizami Gəncəvinin şərəfinə adlandırılıb. Bununla bahəm, şübhəsizdir ki, ad dəyişmə Ermənistanda 1970-ci illərdə həyata keçirilən Azərbaycan yaşayış məntəqələrinin adlarının erməniləşdirilməsi siyasətinin tərkib hissəsi olub.
Məsələ də ondadır ki, başqa Azərbaycan kəndlərinin adları həmin yaşayış məskənlərinə dəxli olmayan uydurma adlara kütləvi şəkildə dəyişdirilirkən, Nizami adı hətta Ermənistan monoetnik respublikaya çeviriləndən sonra belə, yəni, bu günədək saxlanmaqdadır. Nə əcəb? Bu, bizim yaxşı tanıdığımız toplumsa, nə baş verib? İstisnanın səbəbi görəsən nədir, yaxud nəymiş?
Yeganə ağla batan versiya ermənilərin Nizami Gəncəvini fars şairi kimi təqdim və qəbul edib guya öz aləmlərində İrana reverans eləməsi ola bilər. Necə ki, İrəvandakı Göy məscidi də farsların adına çıxarırlar. Bundan ötrü məscidin xarici görkəminə uzun illər ərzində “əl” də gəzdirilib. Yada salaq: işğal dövründə Şuşadakı Yuxarı Gövhər ağa məscidinə (Şuşa Cümə məscidi) də eyni məqsədlə, təmir bəhanəsi ilə müdaxilələr edilmişdi...

Ancaq Türkə nifrəti bitməyən mənfur düşmən və onun məkrli havadarları nə qədər dəridən-qabıqdan çıxıb iz itirməyə çalışsa da, tarixi ədalət öz yerini gec-tez tutur. Bu bəd əməlin nəticələri onun müəlliflərinin mənsub olduğu millətin başında çatlayır və çatlayacaq. Bumeranq mütləq geri qayıdır və qayıdacaq.
Yeri gəlmişkən, hazırda Qarabağdakı alban irsinin öz tarixi görkəminə və həqiqi sahibinə qaytarılması prosesi davam edir. Erməni kilsəsinin haray-həşirinə rəğmən, Azərbaycan Haqqı batilin ayağına vermək fikrində deyil. Həm də ona görə ki, bizə qarşı əsassız ərazi iddiasının qayəsində həmişə “erməni mədəni-dini irsi” haqda nağıllar və miflər dayanıb.
Amma və lakin nə yaxşı ki, Haqq nazilsə də üzülmür. Odur ki, günün birində Qərbi Azərbaycana qayıdış da gerçəyə dönəcək. Mütləq. Geri dönüş isə Prezidentin vurğuladığı kimi, avtomobillərlə olacaq.
Hələ ki, avtomobillərlə...
Z.SƏFƏROĞLU
17 Iyul 2026
15 Iyul 2026
11 Iyul 2026
10 Iyul 2026
06 Iyul 2026
04 Iyul 2026
01 Iyul 2026
30 Iyun 2026
24 Iyun 2026
19 Iyun 2026
10 Iyun 2026
08 Iyun 2026
06 Iyun 2026
02 Iyun 2026
30 May 2026
26 May 2026
23 May 2026
20 May 2026
18 May 2026
16 May 2026
15 May 2026
13 May 2026
09 May 2026
06 May 2026
05 May 2026
03 May 2026
01 May 2026
27 Aprel 2026
25 Aprel 2026
21 Aprel 2026
ŞƏRHLƏRŞƏRH YAZ