İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda referendumla bağlı YENİ tarix – Putinə BƏD xəbər: “qorxulu yuxu” ÇİN olur

“Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsi üzərində işləyir. Sənədin marta qədər hazırlanması, referendumun isə iyun parlament seçkilərindən sonra keçirilməsi planlaşdırılır”.

Bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.

Qeyd olunur ki, qarşıdakı konstitusiya islahatı Bakı ilə aparılan sülh danışıqları kontekstində xüsusi əhəmiyyət daşıyır. Söhbət sənədin preambulasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadların saxlanılıb-saxlanılmayacağından gedir. Harda ki, Azərbaycana ərazi iddiası əksini tapıb (APA).

Ötən ilin avqustunda Ağ Evdə paraflanmış sülh müqaviləsinin imzalanmasına sonuncu əngəl bu. Rəsmi Bakının dəfələrlə vurğuladığı kimi, axırıncı maneə de-yure aradan qalxan kimi, elə ertəsi gün sülh sənədi imzalana, ardınca da qısa zamanda ratifikasiya oluna bilər.

Çünki biz Nikol Paşinyan hökuməti ilə deyil, Ermənistan və onun xalqı ilə sülh müqaviləsi imzalamaq istəyirik. Hakimiyyətlərdən, İrəvanın seçdiyi xarici siyasət kursundan, qoşulduğu iqtisadi və hərbi bloklardan asılı olmayaraq, bütün zamanlar üçün legitim olacaq sülh müqaviləsi...

Əliyev, Tramp və Paşinyan birgə bəyannamə imzalayıblar

Yəni, elə bir sənəd ki, onu heç Moskva da hansısa yolla sabotaj edib qüvvədən salmaq potensialında olmasın. Putin Rusiyası isə buna mütləq cəhd edəcək. Bütün “patronları”nı atacaq. Şəkk-şübhə olmasın.

Böyük ehtimalla, Kreml öncə Ermənistanda parlament seçkilərində öz proksi-qüvvələrini qalib eləməyə çalışacaq. Alınmasa, yəqin ki, “B planı”nı işə salacaq – ölkəni qarışdırmaq, iqtisadi təzyiq, fiziki terror üsulları və s. Ona görə ki, Azərbaycan və erməni xalqları arasında düşmənçilik səhifəsinin bağlanması, Türk xofunun aradan qalxması Moskvanın ən qorxulu yuxusu.

Bu mənada referendumun seçkilərdən sonraya saxlanması hardasa məntiqli görünə bilər. Ola bilsin, seçkilərdə xalqdan növbəti mandatı alacaq Nikol Paşinyan konstitusiya referendumuna daha əmin və güclü əllə getmək istəyir...

Amma iki səsvermənin eyni gündə (7 iyun) reallaşması da mümkündür. Birinci o səbəbə ki, konstitusiya layihəsinin ictimai müzakirəsi üçün 3 ay (mart-iyun) bəs edir. Bundan əlavə, aydındır ki, indiki hakim qüvvəni seçkilərdə qalib edəcək xalq referendumda yeni konstitusiyanı da dəstəkləyəcək – iki bir-birinə bağlı, bir-birini tamamlayan məsələ.

Yaxud tərsinə, 7 iyun seçkilərində indiki iqtidar partiyası məğlub olarsa, bu o anlama gələcək ki, referendumda yeni konstitusiya layihəsi rədd ediləcək. “Qarışıq” variant (qalib Paşinyan partiyası, yeni konstitusiyaya “yox”) isə istisnadır. Çünki hazırkı hakimiyyət artıq qonşularla barışığın, yeni konstitusiyanın rəmzi kimi qəbul olunur. Barışıq xəttini müdafiə edib köhnə konstitusiyanı dəstəkləmək məntiqli görünmür.

Ümumiyyətlə, təzə konstitusiyaya “yox” demək, yeni müharibəyə avtomatik “hə” deməkdir. Bu qədər bəsit. O zaman vaxt itirməyə, referendumu seçkilərdən sonraya saxlamağa dəyərmi?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

21 Avqust 2026

17 Avqust 2026

14 Avqust 2026

12 Avqust 2026

07 Avqust 2026

05 Avqust 2026

31 Iyul 2026

29 Iyul 2026

25 Iyul 2026

21 Iyul 2026

17 Iyul 2026

15 Iyul 2026

11 Iyul 2026

10 Iyul 2026

06 Iyul 2026

04 Iyul 2026

01 Iyul 2026

30 Iyun 2026

24 Iyun 2026

19 Iyun 2026

10 Iyun 2026

08 Iyun 2026

06 Iyun 2026

02 Iyun 2026

30 May 2026

26 May 2026

23 May 2026

20 May 2026

18 May 2026

16 May 2026