Onlayn ictimai-siyasi qəzet
Ukrayna özünün texnoloji üstünlüyü sayəsində Rusiyaya əməllicə dərs verməkdə, güc gəlməkdədir. “Blumberq”in məlumatına görə, Kiyev artıq döyüş meydanlarında ilk dəfə alovsaçanla təchiz edilmiş robotların tətbiqinə başlayıb. Və bu döyüş robotları Donetskin şərqində, cəbhə xəttində Rusiyanın silahlı hücum qruplarına qan uddurub, onların darmadağın edilməsində həlledici rol oynayıb.
Bildirilir ki, Ukrayna bu il ən azı, 50 min belə yerüstü pilotsuz robot istehsal etməyi planlaşdırır. Hədəf isə işğalçı orduya qarşı qəhrəmancasına vuruşan milli qüvvələrin imkanlarını gücləndirməkdir. “Ön xətdə pilotsuz yerüstü nəqliyyat vasitələrinin istifadəsi hazırda ən sürətlə genişlənən sahələrdəndir”, – Volodimir Zelenski deyib...
Rusiya isə hələ də “top əti” hesabına qalib gələcəyinə ümidlidir. Elə olmasaydı, Vladimir Putin təzəlikcə quldur-banditlərin də orduya çağırılmasını mümkün edən sənədi imzalamazdı. Söhbət bir sıra ağır cinayətlərdə məhkum edilmiş şəxslərin Müdafiə Nazirliyi ilə müqavilə bağlamasına icazə verən qanundan gedir.
Həmin sənədə əsasən, belə bir hüquq banditizm, cinayətkar təşkilatlarda iştirak, narkotik qaçaqmalçılığı, qanunsuz miqrasiyanın təşkili, nağd pul qaçaqmalçılığı, nüvə materiallarının qanunsuz istifadəsi, həmçinin, nüvə materiallarının oğurlanması, silah, sursat və strateji əhəmiyyətli malların qaçaqmalçılığı, qorunan obyektlərə qanunsuz daxil olma, yanacaq-enerji obyektlərində təhlükəsizlik tələblərinin pozulması və dövlət sirri olan sənədlərin itirilməsi ilə bağlı cinayətlərdə məhkum edilmiş şəxslərə tanınır.
Maraqlıdır ki, Dövlət Duması müvafiq qanun layihəsini 22 iyulda, özü də təcili, yəni qısa zamanda həm ikinci, həm üçüncü oxunuşda müzakirə edərək təsdiqləyib. Bu da sözsüz ki, cəbhədə hərbçi qıtlığı ilə birbaşa bağlıdır.

Statistikaya əsasən Rusiya bu ilin əvvəlindən döyüş bölgələrində sıradan çıxarılan canlı itkilərin yerini doldura bilmir və getdikcə “kəsir” böyüyür. Kütləvi səfərbərlik isə özündə ciddi risklər daşıyır. Onlardan biri də odur ki, Putin o halda “xüsusi hərbi əməliyyatın” fiaskoya uğradığını etiraf eləmiş olacaq – özü üçün bütün siyasi nəticələr və imic itkisi ilə birgə. Odur ki, ümid indi cinayətkarlara qalıb...
Müzakirələr zamanı Dumanın Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik təşəbbüsə görün necə haqq qazandırıb. Kolesnik bildirib ki, “Rusiyada rüsvayçılıq həmişə qanla yuyulub” və “belə insanlara da o “imkan” yaradılmalıdır. Ardınca əlavə edib ki, “onların (quldur-banditlərin – Z.S.) əksəriyyəti hücum bölmələrinə təyin olunacaq” və “heç də hamısı geri qayıtmayacaq”. Yəni yenə “ət” məsələsi...
Beləcə, Putin hamıya Ukraynaya qarşı təcavüzkar savaşda “öz keçmiş günahını” yumaq üçün şərait yaradıb – abstrakt vətən uğrunda ölmək “şansı” verməklə. Tək öz günahından savayı. Vəziyyətin ən absurd özəlliyi də elə budur.
Odur ki, sual yaranır: görəsən “hörmətli” cinayətkarlar, “vor-zakonlar” hakimiyyətin tilovuna düşəcəklərmi? Onlar Putinin imperialist iddiaları naminə Ukraynada ucuz ölümü seçəcəklər, yoxsa “şərəfli” türmə həyatını? Axı vətən, pardon, Putin çağırır...
25 Avqust 2026
21 Avqust 2026
17 Avqust 2026
14 Avqust 2026
12 Avqust 2026
07 Avqust 2026
05 Avqust 2026
31 Iyul 2026
29 Iyul 2026
25 Iyul 2026
21 Iyul 2026
17 Iyul 2026
15 Iyul 2026
11 Iyul 2026
10 Iyul 2026
06 Iyul 2026
04 Iyul 2026
01 Iyul 2026
30 Iyun 2026
24 Iyun 2026
19 Iyun 2026
10 Iyun 2026
08 Iyun 2026
06 Iyun 2026
02 Iyun 2026
30 May 2026
26 May 2026
23 May 2026
20 May 2026
18 May 2026
ŞƏRHLƏRŞƏRH YAZ