İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans

“The Hindu” nəşri Suhasini Haidar-ın “A year after Operation Sindoor tensions, India and Azerbaijan decide to reset ties” (Sindoor əməliyyatı ilə bağlı gərginlikdən bir il sonra Hindistan və Azərbaycan münasibətləri yenidən qurmaq qərarına gəliblər) adlı məqaləsində iki ölkə arasında son dönəmdə münasibətlərin yenidən şəkillənməsinə diqqət çəkilir.

Hindistan və Azərbaycan arasında son bir ildə yaranmış gərginlikdən sonra münasibətlərin yenidən qurulması sadə diplomatik hadisə deyil. Bu proses daha geniş geosiyasi kontekstdə - xüsusilə Hindistan–Pakistan qarşıdurması fonunda qiymətləndirilməlidir.

image_1775541568082.jpg (328 KB)

Məqalədə qeyd olunur ki, tərəflər münasibətləri yenidən başlatmaq qərarına gəlib: “After a year of tensions… the governments decided to reset ties as senior officials met in Baku.” (“Bir il davam edən gərginlikdən sonra… hökumətlər Bakıda yüksək səviyyəli görüş keçirərək münasibətləri yenidən qurmağa qərar verdilər”).

Bu, sadəcə texniki diplomatik addım deyil, münasibətlərin strateji şəkildə yenidən kalibrasiyasıdır: “The two sides comprehensively reviewed the state of bilateral relations.” (“Tərəflər ikitərəfli münasibətlərin vəziyyətini hərtərəfli nəzərdən keçirdilər”).

Danışıqların gündəliyi isə olduqca genişdir: “The issues discussed included trade, technology, tourism, pharmaceuticals, energy, culture, people-to-people exchanges and fight against cross-border terrorism.” (“Müzakirə olunan məsələlərə ticarət, texnologiya, turizm, əczaçılıq, enerji, mədəniyyət, insanlararası əlaqələr və sərhədlərarası terrorizmlə mübarizə daxil idi”).

Xüsusilə “cross-border terrorism” ifadəsi təsadüfi deyil. Məqalədə açıq şəkildə vurğulanır: “The reference to cross-border terrorism… indicates that the two countries have smoothed over some of their differences.” (“Sərhədlərarası terrorizmə istinad… iki ölkənin bəzi fikir ayrılıqlarını aradan qaldırdığını göstərir”).

Bu nöqtədən sonra məsələni daha sərt geopolitik prizma ilə qiymətləndirmək vacibdir.

Mənim fikrimcə, bu yaxınlaşmanın əsas açarı Hindistan–Pakistan qarşıdurmasıdır. Azərbaycan uzun illərdir Pakistanla strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bu münasibətlər xüsusilə Qarabağ məsələsində açıq dəstək üzərində qurulub.

Digər tərəfdən, Hindistan Ermənistanla əməkdaşlığı gücləndirib. Bu isə Azərbaycan–Hindistan münasibətlərində ciddi gərginlik yaradıb. “Operation Sindoor” zamanı Azərbaycanın Pakistanı müdafiə edən mövqeyi də bu ziddiyyəti daha da kəskinləşdirib.

d7e1e6e7-fcba-3504-a710-b791d508cc0d_1200.jpg (101 KB)

Bu kontekstdə Hindistanın Azərbaycanla münasibətləri “reset” (yenidən qurmaq) etməsi təsadüfi deyil. Bu, daha çox strateji zərurətdir.

Hindistan üçün Azərbaycan enerji tərəfdaşıdır, Orta Dəhliz layihəsində mühüm tranzit ölkədir, Türkiyə–Azərbaycan–Pakistan xəttinə qarşı balans elementidir.

Azərbaycan üçün isə Hindistan böyük bazardır, enerji ixracı üçün alternativ istiqamətdir, geosiyasi manevr imkanlarını genişləndirmək imkanıdır.

Lakin bu yaxınlaşmanın sərhədləri də aydındır. Azərbaycan Pakistanla strateji münasibətlərdən imtina etməyəcək. Eyni şəkildə Hindistan da Ermənistanla əməkdaşlığını dayandırmayacaq. Bu isə o deməkdir ki, tərəflər arasında yaxınlaşma tam ittifaq yox, məhdud və praqmatik əməkdaşlıq olacaq.

RESMİ SON.jpg (244 KB)

Başqa sözlə, burada söhbət dostluqdan yox, balansdan gedir. Hindistan–Azərbaycan münasibətlərinin yenidən qurulması geosiyasi reallığın diktəsidir. Bu, tərəflərin mövqelərini dəyişməsi deyil, mövcud ziddiyyətləri idarə etmə cəhdidir.

Bu isə müasir beynəlxalq münasibətlərin əsas prinsipini bir daha təsdiqləyir: dövlətlər arasında münasibətləri ideologiya yox, maraqlar müəyyən edir.

Daha ƏTRAFLI: https://www.thehindu.com/news/national/a-year-after-operation-sindoor-tensions-india-and-azerbaijan-decide-to-reset-ties/article70820517.ece

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 May 2026

21 May 2026

19 May 2026

18 May 2026

15 May 2026

14 May 2026

13 May 2026

12 May 2026

11 May 2026

07 May 2026

05 May 2026

04 May 2026

27 Aprel 2026

20 Aprel 2026

16 Aprel 2026

15 Aprel 2026

14 Aprel 2026

13 Aprel 2026

10 Aprel 2026

09 Aprel 2026

08 Aprel 2026

07 Aprel 2026

04 Aprel 2026

03 Aprel 2026

02 Aprel 2026

01 Aprel 2026

31 Mart 2026

30 Mart 2026

29 Mart 2026