Onlayn ictimai-siyasi qəzet
Nazirlər Kabineti Naxçıvana xain terror hücumuna görə İrana qarşı az öncə tətbiq elədiyi qadağanı bu gün səhər ləğv edib. Beləcə, Azərbaycan və İran arasında bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması yenidən bərpa olunub.
Diqqət çəkicidir ki, belə bir qərar İran prezidenti Məsud Pezeşkianın azərbaycanlı həmkarı İlham Əliyevə zənginin ertəsi günü çıxarılıb. Yəni, rəsmi Tehranın gec də olsa, müsbət jestinə Bakı həmişəki kimi, artıqlaması ilə, pozitiv münasibət göstərib. Əlbəttə ki, ilk növbədə normal qonşuluq münasibətləri naminə...
İkinci yandan, müvəqqəti bağlanan yol bəllidir ki, şimal-cənub nəqliyyat dəhlizinin bir hissəsidir. Yəni, Rusiya üçün də mühüm önəm kəsb edir. Qısası, qazanan hamıdır, təkcə Azərbaycan yox. Hərçənd bizim Avropa bazarına Gürcüstan vasitəsilə də çıxışımız var.
Total sanksiyalar altında olan İran və Rusiya üçün isə bu dəhliz qat-qat böyük əhəmiyyət daşıyır. Faktiki “nəfəslik” rolundadır. Odur ki, bundan sonra Azərbaycan tərəfə “daş” atmazdan qabaq şimal və cənub qonşumuzun rəsmi və qeyri-rəsmi şəxsləri məsləhətdir ki, iki dəfə fikirləşsinlər, yüz ölçüb bir biçsinlər...

Hərgah, Pezeşkian Azərbaycan prezidenti ilə dünənki danışığı zamanı da Naxçıvana terror hücumunu danıb, telefon zəngin özü dolayısıyla günahın və məsuliyyətin etirafı sayıla bilər. Görünür, Bakının strateji əhəmiyyətli dəhlizi qısa müddətli bağlamaqla verdiyi dərs öz işini görüb.
İstisna deyil ki, belə bir zərurət Putinin Pezeşkianla iki gün öncəki telefon danışığında da diqqət mərkəzində olub. Çünki təkrar edirik, yol Rusiya üçün də mühüm önəm kəsb edir. Problemlıri başından aşan Moskva bu yandan da Tehranın “zibilinə” düşmək istəməz təbii ki. Üstəlik, Bakı ilə münasibətlərin indiki, olduqca həssas bir mərhələsində...
Pezeşkianın Əliyevə telefon açması, həmçinin, Naxçıvan insidentinə görə Bakıya verilən görünməmiş və güclü beynəlxalq dəstək fonunda diqqət çəkməyə bilməz. Hətta Qərbin ən iri dövlətlərindən biri, zaman-zaman erməni separatçılarına görə Azərbaycanla gərgin münasibətlərdə olmuş Fransanın lideri Emmanuel Makron da olayla bağlı İlham Əliyevə zəng edib. Eləcə də onlarla ölkənin XIN rəhbəri və başçısı, ABŞ Dövlət Departamenti, 6 nüfuzlu beynəlxalq təşkilat Azərbaycana birmənalı dəstək ifadə edib, yanımızda olduğunu bəyan edib.
Belə bir güclü beynəlxalq dəstək həm də o anlama gəlir ki, dünya İranın saxta arqumentlərinə və nağıllarına inanmır, Azərbaycana istənilən adekvat cavab haqqı tanıyır. Bu, eyni zamanda, ölkəmizin bölgədəki həlledici və getdikcə artan rolunun təsdiqidir. Nəhayət, molla rejiminə, özəlliklə Azərbaycana ünvanlı hədyanları bitməyən SEPAH-a təsirli bir zərbədir. Dərsdir. Bakının “şok terapiyası” öz işini görmüş sayıla bilər.
Axı qaşınmayan yerdən niyə qan çıxarmaq istəyirsiz? Azərbaycandan sizə nə təhlükə gələ bilər ki, əgər əksi yoxsa. Gedn, öz yaralarınızı "yalayın"...
17 Avqust 2026
14 Avqust 2026
12 Avqust 2026
07 Avqust 2026
05 Avqust 2026
31 Iyul 2026
29 Iyul 2026
25 Iyul 2026
21 Iyul 2026
17 Iyul 2026
15 Iyul 2026
11 Iyul 2026
10 Iyul 2026
06 Iyul 2026
04 Iyul 2026
01 Iyul 2026
30 Iyun 2026
24 Iyun 2026
19 Iyun 2026
10 Iyun 2026
08 Iyun 2026
06 Iyun 2026
02 Iyun 2026
30 May 2026
26 May 2026
23 May 2026
20 May 2026
18 May 2026
16 May 2026
15 May 2026
ŞƏRHLƏRŞƏRH YAZ