Onlayn ictimai-siyasi qəzet
Donald Tramp və Volodimir Zelenski arasında 2025-ci ildə Ukrayna ilə bağlı son kritik görüş də bitdi. Əfsus ki, Florida müzakirələri və ondan az öncə Tramp-Putin telefon danışığı da müharibənin heç olmasa, Yeni il ərəfəsi dayandırlmasına gətirmədi.
Ağ Ev başçısının dediyinə görə, Rusiya ilə anlaşmanın 90 faizi artıq razılaşdırılıb. Ən mübahisəli məqam Donbasla bağlı olaraq qalır. Anlaşmanı mümkünsüz edən düyün məsələ də elə budur. Ona görə ki, söhbət Ukrayna Konstitusiyasına daban-dabana zidd bir tələbdən, “qırmızı xətt”dən, eyni zamanda, beynəlxalq hüquq üçün son dərəcə təhlükəli presedentin yaranmasından gedir.
Bunun olmaması üçün ən azından formal bir referendum keçirilməli, referendum üçün də iki aylıq atəşkəs gərəkdir. Rusiya tərəfi, Putin bunu haradasa mümkün sayıb. Ancaq referendumu maksimum qısa zamanda keçirmək şərti ilə.
Hərçənd kim zəmanət verə bilər ki, referendum Kremlin gözlədiyi cavabı verəcək? Yəqin ki, nəticə böyük ölçüdə həm də ölkənin hazırkı siyasi-hərbi rəhbərliyinin – prezidentin və Silahlı Qüvvələrin Baş Komandanı – Aleksandr Sırskinin mövqeyindən asılı olacaq...
Bu mənada referendum prezident Volodimir Zelenskiyə faktiki etimadın səviyyəsini üzə çıxara bilər. Yəni əgər elektoratın əksəriyyəti onun çağırışını dəstəkləyib mövqe bildirəcəksə, deməli, prezidentin legitimliyi ilə bağlı problem yoxdur və növbəti seçkidə də o, qələbə qazana bilər. Təbii ki, namizədliyini verərsə.
Zelenskinin əsas rəqibi qismində isə ən çox Ukraynanın Britaniyadakı səfiri, Sırskinin sələfi Valeri Zalujnının adı hallanır. Ancaq maraqlıdır ki, Zalujnı Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələsində Zelenskidən də sərt mövqedədir, Donbasda torpaq güzəştinə qarşıdır.
Bu məqamda onun ötən ay verdiyi bir açıqlamanı yada salmağa dəyər. Təcrübəli general əminliklə söyləmişdi ki, Putinin hədəfi təkcə Donetsk və Luqansk yox, bütün Ukraynadır. O, Donetskin güzəştə getmək barədə müzakirələrin yolverilməz olduğunu söyləmişdi.
Sitat: “Bu, Ukraynanın gələcək təhlükəsizliyini təhlükə altına atar. Ukrayna Donetski əsla güzəştə getməməlidir. Münaqişə yalnız təmas xəttində dondurula bilər. Biz NATO-ya indi üzv ola bilmirik, amma üzvlük hüququmuz mütləq qorunmalıdır. Rusiya ilə müharibənin hələ uzun müddət davam etməsi mümkündür və bu səbəbə ölkənin strateji ittifaqlara açıq qalması həyati əhəmiyyət daşıyır”...

Yeri gəlmişkən, səfir Zalujnı 2026-cı ilin yanvarında Londondan Kiyevə qayıdacağını elan edə bilər. Bu haqda Radio NV-yə siyasi-diplomatik dairələrdəki mənbələrdən bəlli olub. Bildirilir ki, Kremlin “qorxulu röyası” olan keçmiş baş komandan bir neçə həftə əvvəl Zelenskiyə ölkəyə dönmək niyyətində olduğunu söyləyib. O vaxt tərəflər onun Ukraynada hansı vəzifədə fəaliyyət göstərə biləcəyi ilə bağlı müxtəlif variantları müzakirə ediblər. Ehtimal olunan vəzifələr sırasında Baş nazir və Prezident Administrasiyasının rəhbəri postları da yer alıb.
Lakin həmin vaxt Zalujnı bu təkliflərə maraq göstərməyib. Bəs bu dəfə necə? Doğrudanmı o, Zelenskinin müharibə komandasında hansısa yüksək post tutmaq üçün, indiki olduqca həssas dönəmdə ümumi işə kömək eləməkdən ötrü qayıdır, yoxsa prezidentə rəqib kimi? Zalujnının hədəfi prezident seçkisinə ön hazırlıqlar, ictimai nəbzi yoxlamaqdır, yoxsa?
Tezliklə biləcəyik. İstənilən halda Putin üçün yaxşı xəbər sayılmaz...
17 Avqust 2026
14 Avqust 2026
12 Avqust 2026
07 Avqust 2026
05 Avqust 2026
31 Iyul 2026
29 Iyul 2026
25 Iyul 2026
21 Iyul 2026
17 Iyul 2026
15 Iyul 2026
11 Iyul 2026
10 Iyul 2026
06 Iyul 2026
04 Iyul 2026
01 Iyul 2026
30 Iyun 2026
24 Iyun 2026
19 Iyun 2026
10 Iyun 2026
08 Iyun 2026
06 Iyun 2026
02 Iyun 2026
30 May 2026
26 May 2026
23 May 2026
20 May 2026
18 May 2026
16 May 2026
15 May 2026
ŞƏRHLƏRŞƏRH YAZ