Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyev Az TV-yə dünənki müsahibəsində Zəngəzur dəhlizi haqda da danışıb. Dəhlizin mütləq açılacağını deyib. Xüsusi qeyd edib ki, 2025-ci il avqustun 8-də tarixi Vaşinqton Zirvə Görüşündə məsələ artıq öz həllini tapıb.
Sitat: “Bu yaxınlarda, üç gün bundan qabaq – avqustun 8-də Prezident Trampla söhbət əsnasında bu məsələyə də toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək”...
Azərbaycan tərəfinin rəsmi səviyyədə vaxtaşırı “Zəngəzur dəhlizi” ifadəsini işlətməsi isə Ermənistanda hələ də qıcıq yaratmaqdadır. O sırada hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Arman Yexoyan bu gün iddia edib ki, “imzalanmış sənədlər, bəyanatlar və hətta saziş layihələri mövcud olsa da, “Zəngəzur dəhlizi” termini heç yerdə yoxdur, buna bənzər bir şey də yox”.
"Siyasi ritorika səviyyəsində çox şey deyilə bilər, amma biz də deyirik ki, Ermənistanda bu adda infrastruktur yoxdur. Azərbaycan Prezidenti, ABŞ Prezidenti və Ermənistan Baş naziri tərəfindən imzalanan TRIPP layihəsi var”, - Yexoyan bildirib və əlavə edib ki, bölgədə nəqliyyat yollarının açılması hər üç tərəf üçün faydalıdır...
Paşinyanın partiyadaşının adla bağlı bu təlaşı, əlbəttə ki, yersizdir.
Əvvəla, nə olsun ki, 8 avqust sənədində TRIPP yazılıb? Hamı bilir ki, məsələn, “Sevan” – Göyçə gölünün uydurma adıdır. Çünki bütün tarixi, mötəbər sənədlərdə, o sırada Çar Rusiyasının xəritələrində bu su hövzəsinin adı məhz Göyçədir. Zəngəzur da eyni səbəbdən Zəngəzurdur, uydurma zad deyil.
Qondarma, saxta olan erməni tarixidir! Bir məşhur rus araşdırmaçı alimin söylədiyi kimi, “ermənilər öz tarixlərinə görə tarixə yox, tarixçilərə borcludur”. Yəni yenə uydurma hekayələr, kitablar məsələsi...
İndi Zəngəzurdan keçəcək dəhlizin adı ayrı necə ola bilər ki? Eybi yox, qoy həm də TRIPP (“Tramp marşrutu”) adlansın. Amma axı TRIPP-lə bağlı anlaşmanın özündə də - hansı sənədə ki, Donald Tramp və Nikol Paşinyan da imza atıb - açıq mətnlə dəhlizin məhz Azərbaycan üçün MANEƏSİZ olacağı vurğulanır.
Yeri gəlmişkən, bir neçə gün öncə ABŞ-nin Bakıdakı səfirliyinin Ağ Evdəki 8 avqust sammitinin ildönümü ilə bağlı yaydığı bəyanatda da dəhlizin Azərbaycan üçün maneəsizliyi xüsusi qabardılıb. Maneəsizlik isə elə dəhliz məntiqidir, cənab Yexoyan! Eyni şərt Ermənistanın da imzaladığı 10 noyabr (2020) üçtərəfli kapitulyasiya sənədinin 9-cu bəndində əksini tapıb...
Azərbaycan üçün hər iki istiqamətdə maneəsizlik necə təmin olunacaq, bunu erməni tərəfi özü bilər. Bizim üçün əsas olan insanlarımızın, mal və yüklərin yoxlama-filan olmadan keçididir. Zira, söhbət Azərbaycanın bir hissəsindən digərinə adlamaqdan gedir. Nə gömrük, nə rüsum, nə yoxlama? Məgər Rusiyadan Litva ərazisi ilə eksklav Kalininqrada gedən yüklər, insanlar yoxlanılır?
Ən mühümü, bu, bizim xalq olaraq, həm də mənəvi haqqımız! Nədən ki, məhz 105 il öncə (2021 noyabr) bolşevik Rusiyasının Qərbi Zəngəzuru Ermənistana bağışlaması nəticəsində Naxçıvan materik Azərbaycandan ayrı düşüb...
25 Avqust 2026
21 Avqust 2026
17 Avqust 2026
14 Avqust 2026
12 Avqust 2026
07 Avqust 2026
05 Avqust 2026
31 Iyul 2026
29 Iyul 2026
25 Iyul 2026
21 Iyul 2026
17 Iyul 2026
15 Iyul 2026
11 Iyul 2026
10 Iyul 2026
06 Iyul 2026
04 Iyul 2026
01 Iyul 2026
30 Iyun 2026
24 Iyun 2026
19 Iyun 2026
10 Iyun 2026
08 Iyun 2026
06 Iyun 2026
02 Iyun 2026
30 May 2026
26 May 2026
23 May 2026
20 May 2026
18 May 2026
ŞƏRHLƏRŞƏRH YAZ