İnsanlara hürriyət, millətlərə istiqlal!

17 gün İŞ OLMAYACAQ - Həmin TARİXLƏR

Mart ayında Azərbaycanda qeyri-iş günlərinin sayı açıqlanıb.

Musavat.com xəbər verir ki, qarşıdan gələn ay ərzində ölkədə üç bayram – 8 Mart Beynəlxalq Qadınlar Günü, eləcə də Ramazan və Novruz bayramları qeyd ediləcək.

Təqvimə əsasən, martın 8-i bazar gününə təsadüf etdiyindən 9 mart da istirahət günü olacaq. Bundan əlavə, 20–24 mart tarixləri Novruz bayramı günləri kimi qeyd olunur. 21 və 22 martın həftəsonuna düşməsi səbəbindən 25 və 26 mart da qeyri-iş günü elan ediləcək.

Eyni zamanda, martın 20–21-də qeyd olunan Ramazan bayramı digər bayram günləri ilə üst-üstə düşdüyünə görə, Əmək Məcəlləsinə uyğun olaraq 27 və 30 mart tarixləri də istirahət günü sayılacaq.

Beləliklə, bayramlar və həftəsonları nəzərə alınmaqla mart ayında ümumilikdə 17 qeyri-iş günü olacaq. Novruz və Ramazan bayramları ilə əlaqədar isə 20–30 mart tarixləri aralığında ardıcıl 11 gün iş olmayacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyul 2026

24 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR