İnsanlara hürriyət, millətlərə istiqlal!

2500 abonentin qazı kəsiləcək

Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində 2500 abonentin qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən Musavat.com-a verilən məlumata görə, fevralın 10-da qəsəbənin Gecəqondu ərazisində yerləşən d159 mm-lik yeraltı qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması məqsədilə saat 13:00-dan etibarən təmir-bərpa işləri aparılacaq.

İşlərin davam etdiyi müddətdə ərazidəki 2500 abonentin qaz təchizatı dayandırılacaq. Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR