İnsanlara hürriyət, millətlərə istiqlal!

29 min abituriyent kənarda qalacaq: Hansı ixtisaslarda keçid balı artacaq? – EKSPERTDƏN PROQNOZ

Ali təhsil müəssisələrinə ixtisas seçiminin təsdiqi başa çatıb. İlkin hesablamalara görə, I turda 29 mindən çox abituriyent və subbakalavrın müsabiqədən keçə bilməyəcəyi gözlənilir. Ən çox rəqabət isə I, III və V ixtisas qruplarında müşahidə olunur. Qəbul nəticələrinin yaxın 4-5 gün ərzində açıqlanacağı gözlənilir.

29 mindən çox abituriyentin I turda müsabiqədən kənarda qalması nə ilə bağlıdır? Hansı ixtisas qruplarında rəqabət daha yüksəkdir?

Təhsil üzrə ekspert Elçin Əfəndi mövzu ilə bağlı Musavat.com-a deyib ki, ali təhsil müəssisələrinə ixtisas seçimi (müsabiqə) mərhələsi başa çatıb və qarşıdakı günlərdə müsabiqənin nəticələri ictimaiyyətə elan olunacaq:" Hazırkı vəziyyətdə I və III ixtisas qruplarında daha gərgin mübarizə gözlənilir. Çünki müsabiqəyə buraxılan abituriyentlərin sayı mövcud plan yerlərindən dəfələrlə çoxdur. Digər analoji vəziyyət II və V ixtisas qruplarında da müşahidə olunur. Burada da müsabiqəyə buraxılan abituriyentlərin və bakalavrların sayı kifayət kadar çoxluq təşkil edir.

Ümumilikdə 29 mindən çox abituriyent var ki, onlar ali təhsil müəssisələrinə qəbul ola bilməyəcək, yəni müsabiqədən kənarda qalacaqlar. Ötən il bu rəqəm 35 minə yaxın idisə, bu il 29 min nəfər təşkil edir. Bu isə mövcud plan yerlərinin bir qədər artmasından irəli gəlir. Ali təhsil müəssisələrində hər il plan yerləri artırılır. Eyni zamanda dövlət sifarişli plan yerləri də kifayət kadar artıb. Bu il birbaşa dövlət sifarişli yerlərə 29 minə yaxın abituriyent yiyələnəcək". Ekspertə görə, əhalinin sosial həssas qrupuna daxil olan vətəndaşlarımızı (sosial statusu olan şəxsləri) da nəzərə alsaq, onlar da daxil olmaqla təxminən 35 minə yakın vətəndaşımız birbaşa dövlət hesabına təhsil almaq imkanına malik olacaq: "Qeyd edim ki, III ixtisas qrupunda 500 bala qədər nəticə göstərən abituriyent sıxlığı müşahidə olunduğu üçün buradakı keçid ballarında müəyyən artım yaşanacaq (xüsusilə də coğrafiya alt qrupunda). II ixtisas qrupunda discloses 440 bala qədər nəticə göstərən abituriyentlərin sıxlığı müşahidə edildiyi üçün burada müəyyən bal dəyişikliyi yaşanacaq, 440-dan yuxarı nəticə göstərənlərdə isə ballarda enmə müşahidə oluna bilər.

Həmçinin, I ixtisas qrupunun kimya alt qrupunda abituriyent sıxlığı azlıq təşkil etdiyi üçün burada da ballarda müəyyən qədər enmə müşahidə olunacaq (xüsusən də 400-500 arası bal toplayanlar üçün). Əsas gərginlik IV ixtisas qrupundadır. Burada 600-dən yuxarı bal toplayan 1200-dən çox abituriyent var. Ona görə də tibb yönümlü ixtisaslarda keçid balları kəskin şəkildə artacaq. Stomatologiya və digər tibb/səhiyyə yönümlü ixtisaslarda da ballarda artım müşahidə ediləcək.

V ixtisas qrupunda isə qəbul imtahanı buraxılış imtahanının nəticələri əsasında keçirildiyi üçün ixtisaslar üzrə ballarda müəyyən qədər enmələr müşahidə oluna bilər. Əmək bazarında əsas tələb olunan dizayn və məşqçilik/idman növləri üzrə ixtisaslarda isə balların ötən ilki səviyyədə və ya 1-2 bal fərqilə qeydə alınması mümkündür".

Afaq Mirayiq,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR