Onlayn ictimai-siyasi qəzet
Almaniyanın Xarici İşlər Naziri Yohann Vadeful elan edilməmiş rəsmi səfərlə Ukraynanın paytaxtı Kiyev şəhərinə gəlib.
Musavat.com xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Almaniya diplomatik korpusunun verdiyi məlumata görə, səfərin əsas müzakirə mövzusu yaxınlaşan qış mövsümünə hazırlıq məsələləridir. Bu çərçivədə Ukraynaya generatorların, ehtiyat hissələrinin və digər vacib energetika avadanlıqlarının verilməsi, ölkənin energetika sektoruna birbaşa dəstək göstərilməsi və kritik infrastrukturların müdafiəsi üçün təcili tədbirlərin görülməsi planlaşdırılır.
Bundan əlavə, Vadeful ukraynalı həmkarları ilə müdafiə və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsini müzakirə etməyi nəzərdə tutur. Almaniya XİN-dən bildirilib ki, söhbət ilk növbədə Ukraynanın hərbi imkanlarının gücləndirilməsindən və müdafiə sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsindən gedir.
Musavat.com
02 Sentyabr 2026
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ