İnsanlara hürriyət, millətlərə istiqlal!

3000 abonentin qazı kəsiləcək

Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 3000 abonentin qaz təchizatında fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən Musavat.com-a verilən məlumata görə, qəsəbə ərazisində 108 mm-lik yeraltı orta təzyiqli qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.

Bununla əlaqədar yanvarın 22-də 15:30-dan etibarən qəsəbədə təxminən 3000 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir-bərpa işləri başa çatdırıldıqdan sonra mərhələli şəkildə bərpa olunacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2026

30 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR