Onlayn ictimai-siyasi qəzet
Azərbaycan, Rusiya və İran prezidentləri - İlham Əliyev, Vladimir Putin və Məsud Pezeşkian arasında üçtərəfli görüşü keçirilib.
Milli Məclisin deputatı Aydın Hüseynov Musavat.com-a bildirib ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin Türkmənistanda üçtərəfli görüş keçirməsi regional iqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələri baxımından mühüm hadisədir. Prezidentlərinin görüşü regionda nəqliyyat-logistika əməkdaşlığının genişləndirilməsi üçün mühüm siyasi imkan yaradır: “İlham Əliyev, Vladimir Putin və Məsud Pezeşkianın bir araya gəlməsi, ilk növbədə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına verilən əhəmiyyəti göstərir. Bu görüşün əhəmiyyətini yalnız nəqliyyat və yükdaşımalarla məhdudlaşdırmaq düzgün olmazdı. Məsələ həm də region ölkələrinin dəyişən beynəlxalq şəraitdə iqtisadi əlaqələrini genişləndirmək, alternativ logistika marşrutları yaratmaq və tranzit imkanlarından daha səmərəli istifadə etmək maraqları ilə bağlıdır.
Şimal-Cənub dəhlizi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz coğrafi mövqeyinə görə Rusiya ilə İran arasında mühüm tranzit halqası olmaqla yanaşı, Şimali Avropa və Rusiya istiqamətindən gələn yüklərin İran və daha geniş mənada Cənubi Asiya bazarlarına çatdırılmasında mühüm rol oynaya bilər. Dəhlizin inkişafı Azərbaycanın tranzit gəlirlərinin artmasına, dəmir yolu və avtomobil nəqliyyatı infrastrukturunun daha səmərəli istifadəsinə, logistika mərkəzlərinin fəaliyyətinin genişlənməsinə şərait yarada bilər. Eyni zamanda, ölkənin beynəlxalq nəqliyyat qovşağı kimi mövqeyinin möhkəmlənməsinə xidmət edər”.
Deputat hesab edir ki, Rusiya üçün Şimal-Cənub dəhlizi cənub istiqamətində ticarət əlaqələrini genişləndirmək, İran və digər Asiya ölkələrinin bazarlarına çıxışı asanlaşdırmaq baxımından əhəmiyyətlidir: “Beynəlxalq sanksiyalar və dəyişən ticarət marşrutları fonunda Moskva alternativ logistika imkanlarının inkişafında maraqlıdır.
İran isə bu dəhliz vasitəsilə şimal istiqamətində, o cümlədən Rusiya bazarına çıxışını genişləndirmək, tranzit ölkə kimi mövqeyini gücləndirmək və beynəlxalq ticarətdəki imkanlarını artırmaq istəyir”.
A.Hüseynov deyib ki, şübhəsiz görüşün geosiyasi tərəfi də əhəmiyyətlidir: “Üç dövlət başçısının bir araya gəlməsi onu da göstərir ki, region ölkələri nəqliyyat və iqtisadiyyat sahəsində əməkdaşlığı siyasi dialoqun mühüm istiqamətlərindən biri kimi nəzərdən keçirirlər. Azərbaycan baxımından əsas prinsip milli maraqlara uyğun, qarşılıqlı faydalı və balanslaşdırılmış əməkdaşlıqdır”.
Etibar Seyidağa,
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ