Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya Kralı III Çarlz 70 ildən də çox əvvəl Birləşmiş Krallıqda edam edilən sonuncu qadın Rut Ellisi əfv edib.
Musavat.com xəbər verir ki, məlumat Britaniya hökumətinin saytında yerləşdirilib.
III Çarlzın Ellisin şərti əfv qərarı onun ölüm hökmünü ömürlük həbs cəzası ilə əvəz edir və müasir Britaniya hüquqi çərçivələrinə əsasən "nəticənin fərqli ola biləcəyini" etiraf edir.
Rut Ellis 1955-ci ildə əri Devid Beyklinin qətlinə görə asılmaqla edama məhkum edilib. O vaxt heç bir apelyasiya şikayəti verilməyib.
Böyük Britaniyanın ədliyyə naziri Devid Lemmi bildirib: "Bugünkü şərti əfv mərhəmət aktıdır. Ümid edirik ki, bu, Rutun ailəsinə bir az təsəlli verəcək. 70 il əvvəl baş verənləri dəyişdirə bilmərik. Amma bunun müstəsna bir hal olduğunu qəbul edə bilərik".
Əfv ərizəsini Ellisin dörd nəvəsi təqdim edib və onlar cinayətin məişət zorakılığı, əri tərəfindən ona yetirilən xəsarətlər və məhkəmə prosesində nəzərə alınmayan digər hallar səbəbindən baş verdiyin bildirirlər. Bəyanatda deyilir ki, mövcud Böyük Britaniya qanunlarına əsasən, Ellis hadisə anında anlaqlı olmadığını bildirə bilərdi ki, bu da onun məhkumluğunun qəsdən adam öldürmə kimi qiymətləndirilməməsinə gətirib çıxarardı.
Musavat.com
09 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ