Onlayn ictimai-siyasi qəzet
Yəmənin Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ölkə ərazisindən qoşunlarını 24 saat ərzində çıxarmağı tələb edib və Abu-Dabi ilə olan birgə müdafiə sazişinin ləğv olunduğunu elan edib.
Musavat.com xəbər verir ki, o, BƏƏ-ni Cənub Keçid Şurasına dəstək verməkdə və silah tədarükündə ittiham edib.
Əl-Alimi həmçinin 90 günlük fövqəladə vəziyyət rejimi tətbiq edib və Yəmənin bütün hava, quru və dəniz giriş məntəqələrinə 72 saatlıq blokada elan edib.
Bununla yanaşı, Səudiyyə Ərəbistanının rəhbərliyi ilə koalisiya əməliyyatlarına istisna qoyulub.
Bu qərar, koalisiyanın Mukkalla limanına zərbə endirməsindən sonra verilib. Koalisiyanın məlumatına görə, BƏƏ-nin Fuceyra limanından gələn gəmilər icazəsiz olaraq Cənub Keçid Şurasının qüvvələri üçün silahlar boşaldıb.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ