İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Ahıska türklərinə görə HƏRƏKƏTƏ KEÇDİ: 82 illik həsrət SONA ÇATDI - VİDEO

Sürgün və müharibənin acılarını yaşayan Ahıska türkləri Bitlisin Ahlat rayonunda özləri üçün inşa edilmiş yeni mənzillərə köçərək öz vətənlərində yeni həyata qədəm qoyurlar.

Musavat.com GZT-yə istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi səbəbilə Ukraynadan təxliyə edilərək Türkiyəyə gətirilən Ahıska türkləri üçün 82 illik həsrət sona çatıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı və Xarici İşlər Nazirliyinin koordinasiyası ilə əvvəlcə Elazığda müvəqqəti məskunlaşdırılan ailələr üçün Bitlisin Ahlat rayonundakı Tunus məhəlləsində xüsusi evlər inşa edilib.

Hər bir şəraiti olan 371 mənzilin Elazığdan gələn Ahıska türkü ailələrinə təslim edilməsi prosesinə başlanılıb. 82 il əvvəl öz doğma torpaqlarından sürgün edilən ahıskalılar Ahlat rayonuna gəldikləri zaman burada daha əvvəl məskunlaşmış soydaşları tərəfindən əllərində Türk bayraqları və bökük coşqu ilə qarşılanıblar.

Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Baş katibi Fuat Uçar mövzu ilə bağlı verdiyi açıqlamada bildirib ki, layihənin ilk mərhələsində 218 ailə yerləşdirilib. İkinci mərhələdə isə 371 ailədən ibarət ümumilikdə 1262 nəfər Ahlatda öz yeni evlərinə qovuşacaq.

İllər sonra öz vətənində təhlükəsiz və dinc yaşamağın xoşbəxtliyini tapan Ahıska türkləri göz yaşlarını saxlaya bilməyiblər:

"Azan səsini özləmişdim. Bizə çox izzət və hörmət edirlər, hər şeydə köməklik göstərirlər", - deyə Nergül Alihan hisslərini bölüşüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR