İnsanlara hürriyət, millətlərə istiqlal!

98 yaşlı Ömər Eldarovun Dilarə Kazımova ilə rəqsi diqqət çəkdi

Azərbaycanın tanınmış heykəltaraşı, Xalq rəssamı Ömər Eldarovun müğənni Dilarə Kazımova ilə birgə rəqs etdiyi görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, sözügedən kadrlar Yeni il gecəsi çəkilib.  98 yaşlı sənətkarın yüksək əhval-ruhiyyə ilə musiqi sədaları altında rəqs etməsi diqqət çəkib. Videoda Eldarovun enerjisi və pozitivliyi izləyicilər tərəfindən maraqla qarşılanıb. Görüntülər qısa müddətdə minlərlə baxış və paylaşım toplayıb.

İstifadəçilər şərhlərdə sənətkarın yaşına baxmayaraq, həyat eşqini qoruyub saxlamasını təqdir ediblər. 

Qeyd edək ki, Ömər Eldarov Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, bir çox monumental heykəlin müəllifidir. Dilarə Kazımova isə müasir Azərbaycan musiqi səhnəsinin tanınmış simalarındandır.

Könül
Musavat.com 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR