Onlayn ictimai-siyasi qəzet
Aprel döyüşlərinin iştirakçısı, Vətən müharibəsi şəhidi, sağlığında Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş polkovnik Şükür Həmidovun qızı Əzizənin toyu baş tutub.
Musavat.com bildirir ki, toy mərasimində HITMAKER Murad Arif səhnə alaraq gecəyə musiqi töhfəsini verib.
Murad Arif ailənin dəvətini qürurla qəbul etdiyini bildirib:
“Qürur və sevinc hissi ilə Şükür Həmidovun ailəsinin dəvətini qəbul etdim. Ailənin sevincinə şərik olmaq mənim üçün mənəvi borc idi”.
Qeyd edək ki, Milli Qəhrəman Şükür Həmidov 22 oktyabr 2020-ci ildə Vətən müharibəsi zamanı şəhid olub.
Könül
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ