Onlayn ictimai-siyasi qəzet
Vaşinqtonun sanksiyaları artırmaq vərdişi təhlükəli bir asılılıqdır.
Musavat.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "X" hesabında yazıb:
"Vaşinqton diplomatiya apara bilmədiyini sübut etdikdə sanksiyalara əl atır və bu sanksiyalar uğursuz olduqda sadəcə dozanı artırır. Bu, artıq siyasət deyil, bir vərdişdir və daha da təhlükəlisi, düşüncəni əvəz edən bir asılılıqdır".
Bəqai qeyd edib ki, ABŞ Maliyyə naziri Skott Bessentin ABŞ-ın iqtisadi sanksiyalarla "İranı boğazından tutmaqda" uğur qazandığı barədə son açıqlaması "Amerikanın sanksiyalardan asılılığının açıq sübutudur":
"İran on illərdir ki, bu saxta ifadələrlə boğula bilməyəcəyini nümayiş etdirib. Əsl risk ondadır ki, Amerika siyasətçiləri bu pis vərdişə yapışaraq, özlərinin yaratdığı böhrandan daha az alçaldıcı bir şəkildə çıxmaq üçün qalan şanslarını boğurlar".
Qeyd edək ki, ötən həftə Bessent 12News televiziya kanalında bildirib ki, ABŞ "İranı boğazından tutmağı" bacarıb. Onun sözlərinə görə, İranda "ərzaq inflyasiyası 150-180 faizə çatır və onların hərbi qulluqçularına pul ödəməyə imkanları çatmır".
Musavat.com
16 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ