İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ bu məhsulun idxalına böyük rüsum tətbiq etdi

ABŞ mikroçiplərin və günəş panellərinin istehsalında istifadə olunan polikristal silikon və onun məhsullarının idxalına 15 faiz tarif tətbiq edib. Musavat.com xəbər verir ki, müvafiq sərəncamı Prezident Donald Trampı dünən imzalayıb.

Bildirilir ki, tarif "bu istehsalın ABŞ-a köçürülməsini təşviq etmək məqsədi ilə polisilikon emalı prosesi vasitəsilə istehsal olunan məhsullara" tətbiq olunacaq.

Bundan əlavə, sərəncama əsasən ABŞ xammalın idxalına 1 kq üçün minimum 21 dollar, ondan istehsal olunan məhsullar üçün isə 100 dollar idxal qiyməti tətbiq edir.

Ağ Evin saytında dərc edilən sənəddə qeyd olunur ki, məhdudlaşdırıcı tədbir icra sərəncamının imzalanmasından 120 gün sonra qüvvəyə minəcək.

ABŞ Ticarət Katibi Hovard Lutnik Ağ Evdə jurnalistlərlə söhbətində qeyd edib ki, minimum idxal qiyməti ABŞ administrasiyası tərəfindən qismən "Çin tərəfindən dempinqin qarşısını almaq" üçün tətbiq edilib. Onun mövqeyinə görə, bu addım "ABŞ-da istehsalın artırılması" üçün atılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR