Onlayn ictimai-siyasi qəzet
Vaşinqtonda keçiriləcək “Sülh Şurası” iclasında İsrailin rəsmi nümayəndəsi dəyişib.
Musavat.com xəbər verir ki, Baş nazir Benyamin Netanyahu ölkəni toplantıda təmsil etməyi xarici işlər naziri Gideon Saara həvalə edib.
Diplomatik mənbənin The Times of Israel nəşrinə bildirdiyinə görə, gələn həftə baş tutacaq iclas Qəzza sektorundakı vəziyyətə həsr olunacaq.
İsrail diplomatiyasına rəhbərlik edən Saar tədbirdə çıxış edəcək, ölkəsinin mövqeyini təqdim edəcək və beynəlxalq təhlükəsizlik, həmçinin regional sülh təşəbbüsləri ətrafında müzakirələrə qatılacaq.
Musavat.com
09 Iyun 2026
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ