Onlayn ictimai-siyasi qəzet
Reuters-in Avropadakı rəsmi mənbələrə istinadla yaydığı məlumata görə, ABŞ yaxın 24 saat ərzində İrana qarşı hərbi müdaxilə variantını gündəmdə saxlayır.
Musavat.com xəbər verir ki, məlumatda qeyd olunur ki, İsrail rəsmisi Donald Trump-ın müdaxilə ilə bağlı siyasi qərar verdiyini bildirib. Bununla belə, əməliyyatın miqyası və dəqiq vaxtı hələlik açıqlanmayıb. Avropalı rəsmilərin sözlərinə görə, proses sürətlə inkişaf edir və regional gərginlik pik həddə çatıb.
Ekspertlər hesab edirlər ki, mümkün müdaxilə Yaxın Şərqdə balansı ciddi şəkildə dəyişə, enerji bazarları və təhlükəsizlik mühitinə ani təsir göstərə bilər. Diplomatik kanallar isə son saatlarda gərgin müzakirələr fonunda açıq saxlanılır.
Musavat.com
12 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ