İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan obrazlı açıqlama: "Ukrayna münaqişəsinin həllinə cəmi 2 metr qalıb"

ABŞ Prezidentinin xüsusi elçisi, Tramp administrasiyasının nümayəndəsi Kitt Kelloq Ukrayna münaqişəsinin diplomatik həllinə indiyə qədərki ən yaxın nöqtəyə çatıldığını bəyan edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Vaşinqton artıq prosesin son mərhələsinə qədəm qoyub.

Kelloq çıxışı zamanı danışıqların dinamikasını belə təsvir edib:

“Biz həmişə deyirik ki, məqsədə gedən yolun son 10 metri ən çətindir. Hazırda biz həmin məsafənin cəmi iki metrliyindəyik — demək olar ki, hədəfə çatmışıq".

Diplomat bu sözlərlə ABŞ-ın Ukrayna və Rusiya tərəfləri ilə apardığı intensiv diplomatik prosesin tamamlanmağa çox yaxın olduğunu vurğulayıb. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR