Onlayn ictimai-siyasi qəzet
Latviyada gəmiricilərin sayının artması fonunda sakinlərdən ölü siçovulları toplayaraq mütəxəssislərə təhvil vermələri istənilib.
Musavat.com xəbər verir ki, bu barədə Latviyanın BIOR Elmi İnstitutunun direktoru Olqa Valtsinya yerli radionun efirində danışıb.
Onun sözlərinə görə, belə nümunələrin toplanması alimlərə siçovulların hansı ərazilərdə daha çox yayıldığını müəyyənləşdirməyə, həmçinin gəmiricilərin daşıdığı xəstəlikləri araşdırmağa imkan verəcək. Əldə olunan məlumatlardan sonrakı mübarizə tədbirlərinin hazırlanmasında istifadə olunması nəzərdə tutulur.
Valtsinya bildirib ki, sakinlərin ölü siçovulları təhvil verməsi üçün xüsusi prosedura ehtiyac yoxdur:
“Sadəcə paketə qoymaq olar. Bizə hər hansı xüsusi müşayiətedici sənəd lazım deyil. Yalnız gəmiricinin harada tapıldığını və ya tutulduğunu bilmək lazımdır. Əgər sizdə çoxlu siçovul varsa, özümüz gəlib onları götürəcəyik”.
Məlumata görə, son vaxtlar Avropanın bir neçə ölkəsində gəmiricilərin sayının artması qeydə alınır.
Musavat.com
27 Avqust 2026
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ