Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Kuba sahilləri yaxınlığında kəşfiyyat uçuşlarını artırdığı bildirilir.
Musavat.com xəbər verir ki, CNN ABŞ-nin son aylarda Kuba ətrafında hərbi-kəşfiyyat fəaliyyətini əhəmiyyətli dərəcədə genişləndirdiyini yazıb.
Məlumata görə, FlightRadar24 məlumatları əsasında aparılan araşdırma göstərir ki, fevralın 4-dən bu yana ABŞ Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bölgədə ən azı 25 kəşfiyyat uçuşu həyata keçirib. Uçuşların böyük hissəsi Kubanın ən iri şəhərləri olan Havana və Santyaqo-de-Kuba yaxınlığında qeydə alınıb. Bəzi təyyarələrin ada sahillərindən təxminən 40 mil məsafəyə qədər yaxınlaşdığı bildirilir.
CNN qeyd edir ki, əməliyyatlarda əsasən müşahidə və kəşfiyyat üçün istifadə olunan P-8A Poseidon patrul təyyarələri iştirak edib. Bundan başqa, radioelektron kəşfiyyat toplamaq üçün nəzərdə tutulmuş RC-135V Rivet Joint təyyarələri və MQ-4C Triton yüksəkhündürlüklü pilotsuz aparatları da bölgədə fəaliyyət göstərib.
Telekanalın məlumatına əsasən, oxşar hərbi-kəşfiyyat fəallığı daha əvvəl ABŞ-nin Venesuela və İran ətrafındakı əməliyyatları öncəsi də müşahidə olunmuşdu.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ